"Qarabağ" rəhbərliyi püşkatma mərasimində iştirak edəcək

"Qarabağ" rəhbərliyi püşkatma mərasimində iştirak edəcək

Bir neçə dəqiqədən sonra UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, tədbirdə "Qarabağ" rəhbərliyi də iştirak edəcək.

Bakı vaxtilə saat 15:00-da başlanacaq mərasimə Ağdam klubunun prezidenti Tahir Gözəl və klub nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, tarixində ilk dəfə 1/8 finala yüksələn yüksələn "köhlən atlar"ın potensial rəqiblərinin sayı 8-ə bərabərdir.

Bunlar "Liverpul", "Vest Hem", "Brayton", "Reyncers", "Vilyareal", "Atalanta", "Bayer" və "Slaviya"dır (Praqa).