"Yuventus" tarixində 15-ci dəfə İtaliya Kubokunun qalibi olub
İtaliya Kubokunun qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, “Yuventus” tarixində 15-ci dəfə mükafatı əldə edib.
Turin təmsilçisi finalda "Atalanta"dan üstün olub - 1:0.
"Qoca sinyora"nın qələbə topunu 4-cü dəqiqədə Duşan Vlahoviç vurub.
"Byankonerilər" kubok sayında mütləq rekorda sahibdirlər.
"Yuve"nin ən yaxın izləyiciləri “Roma” və “İnter” İtaliya Kubokunu 9 dəfə qazanıblar.