"Bundan sonra “Qarabağ”la matça hazırlaşacağıq” - Elmar Baxşıyev

"Bundan sonra “Qarabağ”la matça hazırlaşacağıq” - Elmar Baxşıyev

“Toplanış çərçivəsində sayca ikinci oyunumuzu keçirdik. Hesab açılmasa da, görüş dinamik oldu".

Mediasport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev   Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində Küveytin “Al Arabi” klubu ilə yoxlama oyunundan (0:0) sonra deyib.

"Rəqib də möhkəm komanda idi. Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi. Ümumiləşdirsək, Ərzurum toplanışı faydalı oldu. Komandama gördüyü işə görə təşəkkür edirəm. Bakıya qayıdırıq, çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.