Eddi İsrafilovun futboldan nə qədər uzaq qalacağı açıqlandı - RƏSMİ
Futbol üzrə AÇ-2024-ün seçmə qrup mərhələsinin ilk turunun Avstriya ilə səfər görüşündə zədələnmiş milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun son durumuna aydınlıq gətirilib.
mediasport.az xəbər verir ki, o, yığmamızın 1:4 hesabı ilə uduzduğu qarşılaşmadan sonra klubu "Neftçi"nin düşərgəsinə qayıdaraq MRT müayinəsindən keçib.
İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə olduğu aşkarlanıb. Klubdan verilən məlumata görə, müalicəyə başlayan yarımmüdafiəçinin təxminən iki həft sonra məşqlərə start verəcəyi gözlənilir.