"Bütün komanda yoldaşlarım qəhrəmandır" - Bəhlul Mustafazadə
"Molde"yə qarşı oyunumuz çox çətin keçdi. Hava şəraitini və rəqibin gücünü nəzərə almaq lazımdır. Komanda kimi sona qədər mübarizə apardıq və bir xal qazandıq.
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ln müdafiəçisi Bəhlul Mustafazadə deyib.
Gənc futbolçu Avropa Liqasının 5-ci turunun “Molde” ilə səfər görüşü haqda fikirlərini bölüşüb: "Qurban Qurbanov oyundan əvvəl daha çox hücumda oynamağı, öz oyunumuzu da davam etdirməyi tapşırmışdı. Hər halda "Molde"nin də çox yaxşı formada olduğunu etiraf edək. Onlar oynadıqları sistemi ən yaxşı şəkildə icra edən komandadır".
Son dəqiqələrdə bərabərlik qolunu vuran Bəhlul buna görə özünü qəhrəman saymadığını bildirib: "Qol vurmağı çox istəyirdim, ona görə hücuma atılmışdım. Ona görə tək mən yox, bütün komanda yoldaşlarım qəhrəmandır. Çətin olsa da, Norveçdə hamımız sona kimi mübarizə aparıb xal qazandıq. İlk məqsədimiz Avropa Liqasında növbəti mərhələyə adlamaqdır".
Qeyd edək ki, "Qarabağ" dekabrın 14-də Bakıda "Hekken"ə qalib gəlsə, qrupun "Bayer" - "Molde" oyununun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə Avropa Liqasında pleyoffa vəsiqə qazanacaq.