"Qarabağ"ın AL-dakı rəqibi İngiltərə çempionatında səfər matçına çıxır
İngiltərə Premyer Liqasında 3-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə "Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibi "Tottenhem" səfərdə "Nyukasl"la qarşılaşacaq.
Turun mərkəzi qarşılaşması "Old Trafford"da keçiriləcək: "Mançester Yunayted" doğma azarkeşlər önündə əzəli rəqiblərindən "Liverpul"u qəbul edəcək.
Xatırladaq ki, hazırda turnir cədvəlinin şəriksiz lideri "Mançester Siti"dir (3 oyun, 3 qələbə).
İngiltərə Premyer Liqası. 3-cü tur
1 sentyabr
16:30 "Nyukasl" - "Tottenhem"
16:30 "Çelsi" - "Kristal Pelas"
19:00 "Mançester Yunayted" - "Liverpul"