"Gent" "Başakşəhər"i İstanbulda darmadağın etdi - Konfrans Liqası

"Gent" "Başakşəhər"i İstanbulda darmadağın etdi - Konfrans Liqası

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

Pley-off mərhələsində "Qarabağ"ı yolundan kənarlaşdıran "Gent" İstanbulda "Başakşəhər"in qonağı olub. Belçika təmsilçisi Türkiyə klubunu meydana çıxmağına peşman edib.

Cavab mərhələsi çərçivəsində qalan görüşlər bu gün oynanılacaq.


UEFA Konfrans Liqası. 1/8 final. Cavab oyunu


"Başakşəhər" (Türkiyə) - "Gent" (Belçika) 1:4

Qollar: Adnan Yanuzay, 88 - Gift Emmanuel Orban, 31, 32, 34, Uqo Küypers, 37.

Baş hakim: Benua Bastyen (Fransa)

İstanbul, "Başakşəhər Fatih Terim" stadionu". İlk oyun - 1:1.