Türkiyə klublarının oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
Sabah avrokuboklar çərçivəsində start veriləcək pley-off matçlarının hakim təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın və Konfrans Liqasında təmsil edən "Zirə"nin ilk oyunlarının təyinatları haqda xəbər vermişdik.
Türkiyə klublarının - "Qalatasaray", "Beşiktaş", "Trabzonspor" və "Başakşehir"in matçlarını idarə edəcək ədalət təmsilçiləri də açıqlanıb.
Xatırladaq ki, "Fənərbağça" öncədən Avropa Liqasının liqa mərhələsinə vəsiqəni rəsmiləşdirib.
21 avqust
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyun
23:00 "Yanq Boyz" (İsveçrə) - "Qalatasaray" (Türkiyə)
Baş hakim: Daniel Sibert (Almaniya)
"Vankdorf" Stadionu. Bern, İsveçrə.
22 avqust
UEFA Avropa Liqası. Pley-off mərhələsi. İlk oyun
22:30 "Luqano" (İsveçrə) - "Beşiktaş" (Türkiyə)
Baş hakim: Morten Kroq (Danimarka).
Tun Arena. Tun, İsveçrə.
UEFA Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyun
22:45 "Sent Patriks" (İrlandiya) - "Başakşehir" (Türkiyə)
Baş hakim: Mohammed Al-Emara (Finlandiya).
"Tallat" Stadionu. Dublin, İrlandiya.
23:00 "Sankt Qallen" (İsveçrə) - "Trabzonspor" (Türkiyə)
Baş hakim: Mikel Nogeyra (Portuqaliya).
"Sankt Qallen" Arenası. Sankt Qallen, İsveçrə.