"Qarabağ" Çempionlar Liqasında "Ludoqorets"i əzib pley-offa çıxdı

"Qarabağ" Çempionlar Liqasında "Ludoqorets"i əzib pley-offa çıxdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” çətin Bolqarıstan səfərində meydana çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam klubu ötən həftə Bakıda uduzduğu (1:2) “Ludoqorets”i səfərdə əzib keçib.

Təmsilçimiz pley-offda Xorvatiya çempionu "Dinamo" ilə qarşılaşacaq.


UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu


“Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) 2:3 (əlavə vaxt - 0:4)

Qollar: Kvadvo Dua, 13, 21-pen., - Olavio Juninyo, 7, Yassin Benzia, 45-pen., 119, Patrik Andrade, 45+5, 112 Toral Bayramov, 93, Redon Cica, 111.

Hakimlər: Simone Sozza, Corcio Peretti, David İmperiale, Matteo Marketti (hamısı İtaliya).

Razqrad. “Ludoqorets Arena”. (ilk oyun - 2:1)

"Ludoqorets": 39. Hendrix Bonmann, 17. Son, 24. Oliver Verdon, 4. Diniş Almeyda, 3. Anton Nedyalkov (k), 30. Pedro Naressi, 6. Yakub Pyotrovski, 23. Deroy Duarte, 7. Rik, 12. Rvan Seko, 9. Kvadvo Dua.

Baş məşqçi: Georgi Dermenciev.

"Qarabağ": 97. Fabiyan Buntiç, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olivio Juninyo

Baş məşqçi: Qurban Qurbanov.