UEFA paylaşdı: "Qarabağ"lı Avropada ən yaxşılar arasında

UEFA paylaşdı: "Qarabağ"lı Avropada ən yaxşılar arasında

UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsi turnirin Liqa mərhələsinin 2-ci turunun ən yaxşı qurtarışlarını paylaşıb.

Mediasport.az xəbər verir ki, videoda "Qarabağ"ın qapıçısı Fabian Buntiç də yer alıb.

Xorvatiyalı qolkiperin "Malmö" ilə oyundakı qurtarışı ilk "5-liy"ə düşüb.

Xatırladaq ki, 27 yaşlı əlcək sahibi qarşılaşmada 2 top buraxsa da, komandasını bir neçə dəfə real qoldan xilas edib.