"Qarabağ"ın oyunlarının vaxtı açıqlandı - Çempionlar Liqası

"Qarabağ"ın oyunlarının vaxtı açıqlandı - Çempionlar Liqası

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Ludoqores" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, ilk qarşılaşma avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Görüş saat 20:00-da başlanacaq.

Ağdam klubunun Bolqarıstan sınağı avqustun 13-də olacaq.

Cavab matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.