"Qarabağ" Kadi Borges üçün "Krasnodar"a rəsmi təklif göndərdi

"Qarabağ" Kadi Borges üçün "Krasnodar"a rəsmi təklif göndərdi

2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər "Qarabağ"ın formasını geyinmiş Kadi Borges Malinovski yenidən Azərbaycanda çıxış etməyə yaxındır.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa əsilli braziliyalını geri qaytarmaq üçün Rusiyanın "Krasnodar" klubuna təklif göndərib.

Vingerin agenti Helsio Alisk "RB Sport"a açıqlamasında xəbəri təsdiq edib:

"Bəli, Azərbaycan çempionu kluba rəsmi müraciət edib. "Qarabağ" Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik".

Xatırladaq ki, Kadi Krasnodar təmsilçisinə 5 milyon dollara transfer edilmişdi.

O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.