"Qarabağ"ın Çempionlar Liqasında cavab görüşünün vaxtı açıqlanıb

"Qarabağ"ın Çempionlar Liqasında cavab görüşünün vaxtı açıqlanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşma iyulun 30-da Bakıda baş tutacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Ağdam təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.

"Qarabağ" bu mərhələdə "Hamrun Spartans" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.