AFFA rəsmisi AL-in "Renn" - "Makkabi" oyununa təyinat alıb

AFFA rəsmisi AL-in "Renn" - "Makkabi" oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

Mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Fransada "Renn" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək Avropa Liqasının I turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma sentyabrın 21-də Renn şəhərində baş tutacaq.