Ramillə Renat ilk məşqi buraxacaq, Musa heyətə Estoniyada qoşulacaq
Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya (oktyabrın 13-də) və Bakıda (16 oktyabr) Avstriya yığmaları ilə keçiriləcək F qrupunun oyunlarına hazırlıq məqsədilə bu gün məşqə başlayacaq.
Mediasport.az xəbər verir ki, hücumçular Renat Dadaşov və Ramil Şeydayev ilk məşqdə iştiak etməyəcəklər.
Hər iki futbolçu bu axşam Bakıya gələcək və ilk məşə sabah çıxacaqlar. "Yurqorden"in forvardı Musa Qurbanlı isə millinin düşərgəsində Estoniyada qoşulacaq.
Canni De Byazinin rəhbərlik etdiyi yığma oktyabrın 11-də çarter reysi ilə Bakıdan Tallinə uçacaq.