COP29 zamanı Azərbaycan çempionatları olacaq? - AÇIQLAMA

COP29 zamanı Azərbaycan çempionatları olacaq? - AÇIQLAMA

"COP29 zamanı Əvəzedicilər, I və II Liqaların oyunları nəzərdə tutulmayıb".

Mediasport.az xəbər verir ki bu barədə Azərbaycan Premyer Liqasının püşaktma mərasimində Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.

O, COP29-un Azərbaycan Premyer Liqası oyunlarının fasilə dönəminə təsadüf edəcəyini deyib.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.