"Qalatasaray" Şahruddinin qapısına 3 dəfə yol tapıb - VİDEO
Futbol üzrə Türkiyə Superliqasında 15-ci turun açılış oyunu İstanbulda baş tutub.
Mediasport.az Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" səfərdə İstanbul nəhəngi "Qalatasaray"ın qonağı olub.
Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Okan Burukun çalışdırdığı komandada qolları Saşa Boe, Kerem Aktürkoğlu və Mauro İkardi vurublar.
"Şah" 90 dəqiqə meydanda olub.
Qonaqların yeganə qolunun müəllifi isə birinci hissəyə əlavə edilən 4-cü dəqiqədə Mbaye Nianq olub.