"Rəhbərliklə görüşəcəyik, sonra qaldığımız yerdən davam edəcəyik"
"1-ci dövrəni istədiyimiz kimi tamamladıq. Hədəfimiz ilk "6-lıq"da qərarlaşmaq idi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Göygöl" komandasının baş məşqçisi Araz Mansurov deyib.
Gənc mütəxəssis komandasının ilk dövrədə çıxışlarını dəyərləndirib:
"Son qarşılaşmalarda istədiyimiz kimi çıxış edə bilmədik. Lakin sonuncu turda qələbə qazandıq (14-cü tur, "Göygöl" - "Cəbrayıl" 2:1) və dövrəni qələbə ilə başa vurduq. İstəyimiz məhz bu idi".
Mansurov bu yaxınlarda klub rəhbərliyi ilə görüşəcəklərini və bundan sonra klubun gələcək planlarının müəyyənləşəcəyini qeyd edib:
"Gələcək planlar haqqında indidən bir söz deyə bilmərəm. İnşallah, yanvar ayında klub rəhbərliyi ilə görüşümüz olacaq. Daha sonra qaldığımız yerdən yola davam edəcəyik".