Azərbaycan 2-ci Liqası: Bu gün daha 3 qarşılaşma keçiriləcək

Azərbaycan 2-ci Liqası: Bu gün daha 3 qarşılaşma keçiriləcək

Azərbaycan 2-ci Liqasında 3-cü turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçiriləcək.

Tura sabah 1 oyunla yekun vurulacaq.

İlk oyun günündə "Şəmkir" "Göygöl"ü (3:0), "Dinamo" "Qusar"ı (2:0), "Füzuli" "Şəki Siti"ni (3:1) məğlub edib.

Azərbaycan 2-ci Liqası. 3-cü tur

17 sentyabr (çərşənbə axşamı)

16:00 "Ağdaş" - "Saatlı-Araz"

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sərxan İsmayılov.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Ağdaş şəhər stadionu.

16:00 "Şahdağ Qusar" - "Şimal"

Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Sənan Bayramzadə.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Şamaxı OİK stadionu.

16:30 "Hypers Guba" - "Lerik"

Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Nazim Abdullayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Quba OİK stadionu.