"Sadə qollar buraxmaqla bağlı səhvlərimizi aradan qaldırsaq..."

"Sadə qollar buraxmaqla bağlı səhvlərimizi aradan qaldırsaq..."

"Təlim-məşq toplanışı normal keçir. Hazırlıq müddəti elə də uzun deyil, lakin müəyyən yükləmələr olur. Artıq təlim-məşq toplanışında bir yoxlama oyunu keçirmişik".

Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rusiyalı futbolçu Rumıniyanın "Rapid" klubu ilə yoxlama matçı haqqında danışıb. O, komandasının 2:1 hesablı qələbəsini şərh edib, yoldaşlarının əllərindən gələni etdiklərini bildirib.

Qeyd edək ki, Masazır klubunu Antalya toplanışı çərçivəsində ikinci yoldaşlıq dueli bu gün Bakı vaxtilə saat 18:00-da "Vorskla"ya (Ukrayna) qarşı olacaq.