Milli Məclisin deputatından Qurban Qurbanovla bağlı maraqlı təklif
Milli Məclisin üzvü Fazil Mustafa "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə maraqlı ideya irəli sürüb.
Mediasport.az xəbər verir ki, deputat Ağdamda tikiləcək stadionuna təcrübəli mütəxəssisin adını verilməsinı təklif edib.
Deputat bu fikirləri bələdiyyələrin fəaliyyətindən danışarkən səsləndirib:
“Bələdiyyələr yalnız vətəndaşın şikayətini dinləyib, yola salmaq səlhiyyətinə malikdir. Hədsiz mərkəzləşmə bələdiyyənin funksiyasını çətinləşdirir. Bələdiyyələri canlı orqanizmə çevirməliyik. Bələdiyyənin olmasının xarici ölkələrdə gördüyümüz kimi, çox sayda iş yeri var. Çevik qərar verilir, mərkəzdən qərar gözlənilmir. Təəssüf ki, nə nəqliyyatda, nə tikintidə bələdiyyənin rolunu görmürük.
Vacib məsələrdən biri də odur ki, xaricdə bələdiyyələrin idman müəssisələri var, bu da qeyri-populyar idmanı da inkişaf etdirir. Kiçik futbol klublarını ayaqda tuta bilmirik, “Qarabağ”ı dünyaya çıxara bilirik. Dünənki oyun da möhtəşəm idi. Təklif edirəm ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin. Dünya təcrübəsində də bu kimi hallar müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addmı ata bilərik”.