Dünya çempionatında 32 klub yarışacaq, yeni loqo təqdim edildi

 Dünya çempionatında 32 klub yarışacaq, yeni loqo təqdim edildi

2025-ci ildə ilk dəfə fərqli formatda keçiriləcək futbol üzrə klublararası dünya çempionatının yeni loqosu təqdim olunub.

Mediasport.az xəbər verir ki, bu gün FİFA-nın mənzil-qərargahında ABŞ-nin ev sahibliyi edəcəyi mundialın yeni loqosunun təqdimat mərasimini baş tutub.

Yarışda 6 qitədən 32 klub mübarizə aparacaq. Hər qrupda 4-ü olmaqla, komandalar 8 qrupda yer alacaqlar.

Yay aylarında keçiriləcək turnir iyunun 15-dən iyulun 13-dək davam edəcək.