"Bunun idmana heç bir faydası yoxdur" - Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qalatasaray" və "Fənərbağça" arasında dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli olan Superkubok matçının ləğvi edilməsi barədə danışıb.
Mediasport.az xəbər verir ki, ölkə başçısı bütün sahələr kimi, futbolun da ədalətli idman prinsipləri ilə idarə edilməsinin məqsədəuyğun olduğunu bildirib.
O, final matçının baş tutmamasına göə məyus olduğunu dilə gətirib:
“Biz istəyirik ki, futbol da başda olmaqla, Türkiyə idmanı mübahisələrlə deyil, nailiyyətlərlə gündəmə gəlsin. Səbəb nə olursa-olsun, idmanı gündəlik siyasi rəqabət alətinə çevirmək yanlışdır. Bunun idmana heç bir faydası yoxdur. Bu ölkənin qurucusu Qazi Mustafa Kamaldır. Türkiyənin və türk millətinin şərəfini, ləyaqətini necə qoruduğumuzu bütün dünya çox yaxşı bilir. 20 ilimi futbolla keçirmişəm. İdman ictimaiyyətinə keçmiş olsun. Bütün klublarımızın idmanda sülh, həmrəylik və əməkdaşlığı təmsil edən ədalətli oyun ruhuna sahib çıxmalarını gözləyirəm".
Qeyd edək ki, görüş təşkilatçı ölkənin Mustafa Kamal Atatürklə bağlı bəzi qadağaları (pankart, İstiqlal marşı, köynəklər və.s.) səbəbindən son anda ləğv edilib.