Küytün klubunun paltardəyişmə otağına azarkeşlər basqın etdilər
Niderland milli komandası və "Fənərbağça"nın sabiq futbolçusu, hazırda Belçikanın "Birşot" klubunun "sükanı arxasında" olan Dirk Küytün komandası uğursuzluq zolağından çıxa bilmir.
Mediasport.az xəbər verir ki, komanda Pro Liqada keçirdiyi 8 oyunun 7-də ardıcıl uduzub və bu vəziyyət azarkeşlərin hiddətlənməsinə səbəb olub.
8-ci turun STVV ilə matçında qeydə alınan məğlubiyyətdən sonra fanatlar Küytün çalışdırdığı komandanın paltardəyişmə otağına basqın ediblər.
Mübahisələr ciddi fəsadsız ötüşüb.
Belçika mətbuatı baş məşqçinin istefa verəcəyini yazır.