Dünya reytinqi: "Qarabağ" irəliləyib, "Neftçi" və "Sabah" yenə geriləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, 702 komandanın yer aldığı 2023-cü ilin yekun sıralamasında Azərbaycanın yenə 3 klubu yer alıb.
Dekabrda 84-cü olan Azərbaycan çempionu “Qarabağ” 11 pillə irəliləyərək 73-cü yerə yüksəlib. Qurban Qurbanovun komandasının hesabında 145,5 xal var.
“Neftçi” və “Sabah” isə geriləyib. 53.75 xalı olan “ağ-qaralar” 378-ci yerdən 469-cu pilləyə düşüblər, Masazır təmsilçisi aktivindəki 55,5 xalla 391-ci yerdən 436-cı pilləyə yuvarlanıb.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir.
Madrid "Real"ı (332 xal) ikinci, İtaliyanın “İnter” (289 xal) klubu 3-cüdür.