Yığma komandamızın sabiq futbolçuları məşqçi kursuna qatıldılar

Yığma komandamızın sabiq futbolçuları məşqçi kursuna qatıldılar

Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar.

mediasport.az xəbər verir ki, Ədəhim Niftəliyev, Rauf Əliyev, Hüseyn Məhəmmədov və Mətləb Məmmədov AFFA-nın təşkilatçılığı ilə UEFA B kursunda iştirak edirlər.

Milli assosiasiyanın Təhsil və Reabilitasiya mərkəzində keçirilən kursun I mərhələsi avqustun 17-dək davam edəcək. Məşğələlər təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə baş tutur.

UEFA B kursunun II modulu 11-14 sentyabrda təşkil olunacaq.