Essyendən azərbaycanlı futbolçuya: "Səninlə oynamaqdan həzz alırdım"

Essyendən azərbaycanlı futbolçuya: "Səninlə oynamaqdan həzz alırdım"

2019-cu ilin martından 2020-ci ilin yayına qədər “Səbail”də çıxış etmiş Mikael Essyen keçmiş komanda yoldaşı Rahid Əmirquliyev haqqında paylaşım edib.

MediaSport.az xəbər verir ki, dünya şöhrətli futbolçu karyerasını başa vuran yarımmüdafiəçiyə gələcək həyatında uğurlar arzulayıb:

“Salam, Rahid. Karyeranı bitirməyin barədə məlumat aldım. Sənə uğurlar arzulamaq üçün kiçik bir video hazırladım. Səninlə oynamaqdan həzz alırdım. Hər şeyin ən yaxşısını arzu edirəm. Görüşənədək”.

Essyen Bayıl klubunun forması ilə 14 dəfə meydana çıxıb.