“Araz-Naxçıvan” klubu daha bir futbolçusunu icarəyə verib
“Araz-Naxçıvan” klubu daha bir futbolçusunu icarəyə verib.
Mediasport.az xəbər verir ki, Nihad Qurbanlı 1-ci Liqa komandası MOİK-ə keçib.
22 yaşlı oyunçu cari mövsümün sonuna qədər “hərbçilər”in formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu Liqanın digər komandası “Difai”yə icarəyə verib.