Dünyanın ən güclü məşqçiləri arasında olan yeganə azərbaycanlı
Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.
Mediasport.az xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yalnız bir azərbaycanlı var.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov aktivindəki 1670 xalla dünya reytinqinin 139-cu pilləsində qərarlaşıb. O, ötən ayla müqayisədə 1 pillə irəliləyib.
"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. Monteneqrolu çalışdırıcı da əvvəlki göstəricisini 1 pillə yaxşılaşdırıb.
Sıralamaya 2221 xalla "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.