"Sabah"da ayrılıq - RƏSMİ
"Sabah" futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.
MediaSport.az xəbər verir ki, ukraynalı müdafiəçi ilə ötən mövsümün sonunda bitən müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2021-ci ildən Bakı təmsilçisinin uğurları üçün çalışırdı. Oçiqava "Sabah"da çıxış etdiyi dövr ərzində 36 oyunda şans qazanıb, 2 qol vurub.