Klozedən Emreli haqda açıqlama

Klozedən Emreli haqda açıqlama

"Onun haqqında proqnoz vermək hələ tezdir. Qarşıdakı həftələrdə nələrin baş verəcəyini görəcəyik. Dəqiq tarix söyləyə bilmərik".

Mediasport.az xəbər verir ki, bu sözləri "Nürnberq"in baş məşqçisi Miroslav Kloze azərbaycanlı futbolçu Mahir Emreli haqda danışarkən söyləyib.

Nüfuzlu "Bild" nəşri forvardın sentyabrda - yığmaların beynəlxalq matçlarından sonra komandaya qoşula biləcəyini bildirib.

Xatırladaq ki, Mahir 2-ci Bundesliqa klubu ilə 1 illik müqavilə imzalayıb.