"Sabah"da 3-qat yubiley
“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”a səfərdə qalib gəlməklə (3:2) üçqat yubileyə imza atıb.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqada 60-cı dəfə üç xal qazanıb.
Bu, həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub. Bakılılar “60”a 153-cü, “30”a 77-ci oyununda çatıblar.
Bu qarşılaşmada vurulan ilk top da klub tarixinə düşüb. Davit Volkovun hesabı açması ilə “Sabah” Premyer Liqada 200-cü qolu vurub.
Qeyd edək ki, “Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib.
Səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənib.