Azərbaycanın Portuqaliya ilə cavab görüşünün biletləri satışa çıxarıldı

Azərbaycanın Portuqaliya ilə cavab görüşünün biletləri satışa çıxarıldı

Qadın futbolu üzrə AVRO-2025-in seçmə mərhələsinin Portuqaliya - Azərbaycan cavab matçının biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, Vizelada baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti sektordan asılı olaraq 2 və 5 avrodur (təxminən 4 və 9 manat).

Görüş 29 oktyabr, Bakı vaxtı ilə 22:45-də keçiriləcək.