Əfsanəvi Şabi Alonso "Qarabağ" haqqında hansı sözləri dedi?
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olacaq "Bayer"in baş məşqçisi Şabi Alonsu püşkatmanı dəyərləndirib.
Mediasport.az xəbər verir ki, 2022-ci ildən Leverkuzen klubunu çalışdıran ötənlərin əfsanəvi futbolçusu qrupda mübarizənin asan olmayacağını deyib.
42 yaşlı mütəxəssis finala qədər irəliləmək arzusunda olduqlarını bildirib: "Qrupda bizim üçün asan olmayacaq. Ötən mövsüm yarımfinala qədər getdik, bu dəfə hədəfimiz finala çıxmaqdır. Bu, daha da irəli getmək üçün yaxşı motivasiya olacaq. Turnirdə mümkün qədər irəliləmək üçün mübarizə aparacağıq. Qrupun favoriti göstərilsək də, rəqiblərimiz kifayət qədər ciddidir.”.
Qeyd edək ki, “Bayer” qrupda Azərbaycan çempionu “Qarabağ”la yanaşı, İsveç “Heken”i və Norveçin “Molde” klubları ilə də qarşılaşacaq.