"Turan Tovuz"un rəqibi dəyişdi

"Turan Tovuz"un rəqibi dəyişdi

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un hazırlıq planında dəyişiklik olub.

mediasport.az xəbər verir ki, qərb təmsilçisi yanvarın 17-də Polşanın "Qurnik" klubu ilə deyil, Qazaxıstanın "Jetısu" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bundan əvvəl "Petrolul" (2:3) və "Aarau" (1:0) ilə qarşılaşmışdı.