Siyasət Əsgərov: "Komandamız möhtəşəm mübarizə ilə qalib gəldi"

Siyasət Əsgərov: "Komandamız möhtəşəm mübarizə ilə qalib gəldi"

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda Türkiyə yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Mediasport.az xəbər verir ki, gənc mütəxəssis 1:0 hesablı qələbəni şərh edib.

O, tribunalara toplaşan azarkeşlərə təşəkkürünü bildirib:

“Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar. Həmçinin komandama təşəkkürümü bildirirəm. Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadır. Türkiyə Superliqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdir. Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı.

Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, bizim lehimizə bir onbirmetrlik verilmədi. Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.

Xatırladaq ki, millimiz qələbə sayəsində xallarının sayını 4-ə yüksəldib.

Komnandamızın növbəti görüşü iyulun 12-də Bakıda Macarıstan kollektivinə qarşı olacaq.