Bədavi Hüseynov 250-yə çatıb

Bədavi Hüseynov 250-yə çatıb

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Mediasport.az PFL-ə istinadən xəbər verir ki, müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının 21-cu turu çərçivəsində "Səbail"lə səfər matçında baş tutub.

33 yaşlı futbolçu ümumilikdə 4 dəfə fərqlənib və bütün qollarını "köhlən atlar"da vurub.

O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 görüşə çıxan Hüseynov Ağdam klubunda 224-cü oyununu keçirib.

Qeyd edək ki, Bədavi Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edib. “Sumqayıt”ın müdafiəçisi kimi 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşə (0:0) çıxıb.