Elxan Məmmədov Azərbaycana qayıdır - Yeni vəzifə tutmaq üçün
2007-2022-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) işləmiş Elxan Məmmədov Parisdən köçməyə hazırlaşır.
Mediasport.az saytına verilən məlumata görə, federasiyanın sabiq baş katibi və icraçı vitse-prezidenti Azərbaycanda yeni vəzifə almaq ərəfəsindədir.
2024-cü ildə AFFA-da keçiriləcək prezident seçkilərində namizəd olmayacaq "FİFA Elxan" 2022-ci ilin aprelindən tutduğu FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsini bugünlərdə tərk edəcək.
Funksionerin idmanla əlaqəli yeni yaradılacaq qurumda-nazirlikdə vəzifəyə gətiriləcəyi bildirilir.