Balayev "Səbail"dən getdi - RƏSMİ

Balayev "Səbail"dən getdi - RƏSMİ

"Səbail" klubu qapıçısı Emil Balayevlə də vidalaşıb.

mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi klubla müqaviləsi başa çatan qolkiperlə anlaşmanı yeniləməyib.

29 yaşlı əlcək sahibi 2017/2018-ci illər mövsümündə və 2022-ci ildən bu yana "Səbail"də çıxış edirdi. Balayevin "Neftçi"yə transfer olunacağı deyilir.

Klubdan ayrılanların sayı 12-yə çatıb. "Dənizçilər" mövsüm yekunlaşandan bu yana Maksim Çex, Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə yollarını ayırıblar.