Mahir üçün növbəti şans

Mahir üçün növbəti şans

Bu gün futbol üzrə Türkiyə Superliqasında 35-ci turun oyunları keçiriləcək.

mediasport.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" "Sivasspor"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlanacaq. "Konyaspor" 49 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Müqavilə ilə Xorvatiya "Dinamo"suna məxsus 26 yaşlı forvard Türkiyə Superliqasında bu ilin yanvarından çıxış edir. O, "Konyaspor"da 9 görüşdə meydana çıxıb, 1 qol vurub.