Emin Mahmudov haqqında yayılan xəbərlərə belə münasibət bildirdi
Futbol üzrə Azərbaycan Kubokunun finalına hazırlaşan "Neftçi"nin kapitanı Emin Mahmudov son günlər barəsində yayılan xəbərlərə münasibət bildirib.
mediasport.az xəbər verir ki, 31 yaşlı təcrübəli yarımmüdafiəçi açıqlamasında indi yalnız "Qəbələ" ilə həlledici görüşü fikirləşdiyini deyib.
Mahmudov bildirib ki, gələcəklə bağlı finaldan sonra düşünəcək: "İndi əsas hədəfim kuboku qazanmaqdır. Güclü rəqibə qarşı oynayacağıq. Hansı ki, onlar topla yaxşı rəftar edirlər. Hər iki komandanın üzərində təzyiq eyni səviyyədə olacaq. Rəqibə öz oyunumuzu göstərməklə kuboka sahib çıxmaq istəyirik".
"Neftçi" - "Qəbələ" finalı sabah "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da başlanacaq.