"Turan Tovuz" isveçrəlilərə qarşı

"Turan Tovuz" isveçrəlilərə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti yoxlama görüşünü keçirəcək.

mediasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu dəfə İsveçrənin "Aarau" klubu ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtilə saat 17:00-da başlanacaq. Qərb klubu toplanış çərçivəsində ilk yoxlama matçında Rumıniyanın "Petrolul" kollektivinə məğlub olub - 2:3.