Yığmamız ilk görüşündə qapısından 7 top buraxdı - Avropa Oyunları
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında ilk oyununu keçirib.
MediaSport.az xəbər verir ki, "A" qrupunda qərarlaşan yığmamız meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma polşalıların 7:2 hesablı qələbəsilə başa çatıb.
Azərbaycan millisi iyunun 28-də Portuqaliya kollektivi ilə üz-üzə gələcək.
Millimiz bu gün Portuqaliya, iyunun 29-da isə İspaniya ilə üz-üzə gələcək.
Komandamızın heyətində qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov yer alıblar.