ÇL: Eddi İsrafilov 90 dəqiqə oynadı, komandası məğlubiyyətlə üzləşdi
Asiya Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə Eddi İsrafilovun komandası "Cohor Darul Takzim" növbəti qarşılaşmasına çıxıb.
Malayziya təmsilçisi "Qvanqju" (Cənubi Koreya) klubuna uduzub.
İsrafilov oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
Asiya Çempionlar Liqası. Qrup mərhələsi. 3-cü tur
22 oktyabr
"Qvanqju" (Cənubi Koreya) - "Yohor Darul Tazim" (Malayziya) 3:1