Azərbaycanın 15 yeniyetmə futbolçusu İspaniyaya yollanıb
Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) 14-15 yaşlı 15 yeniyetmə futbolçusu İspaniyanın "Marcet" akademiyasına yollanıb.
Mediasport.az xəbər verir ki, qurumun prezidenti Rafael Bunyatov və icraçı direktoru Vəliyulla Bunyatov yolasalma mərasimində yeniyetmələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara qarşıda duran əsas vəzifələri kimi tədris-təlim prosesinə böyük məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.
Yola salınan yeniyetmələr artıq akademiyada tədris-təlim prosesinə cəlb olunublar və hətta İspaniya A seriyasının müxtəlif komandalarının futbolçuları ilə yoxlama-sınaq məşqlərində də iştirak ediblər.
Qeyd edək ki, ASTA-nın ölkəyə dəvət etdiyi "Marcet" akademiyasının mütəxəssisləri 2008-2009 təvəllüdlü 15 oyunçunu 51 nəfərlik siyahıdan seçiblər.