Miroslav Kloze Mahir Emrelinin Bundesliqada debütündən danışdı
Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin debütü haqda danışıb.
Mediasport.az xəbər verir ki, gənc mütəxəssis Azərbaycan yığmasının forvardının topla çox yaxşı rəftar etdiyini deyib.
Kloze bildirib ki, hücumçu fiziki hazılrıq üzərində daha çox çalışmalıdır:
"Onun topla rəftarı əladır. Meydanda olduğu müddətdə yaxşı təsir bağışladı. Lakin fiziki baxımdan bir qədər hazırlığı artırmalıdır".
Xatırladaq ki, Emreli 2-ci Bundesliqanın 6-cı turu çərçivəsində "Herta" ilə dueldə debüt edib.
"Nürnberq" Berlin təmsilçisinə 0:2 hesabı ilə\ uduzub.