Əvvəl Qurban Qurbanov, sonra...
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə qarşılaşacaq “Qarabağ”ın və Sloveniyanın “Olimpiya” klubunun oyun ərəfəsində son məşqlərinin və mətbuat konfranslarının vaxtı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda keçəcək.
İlk olaraq avqustun 30-u saat 18:30-da meydana Ağdam klubu çıxacaq. 18:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq.
Qonaq komandanın açıq məşqi isə saat 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin çalışdırıcısı Joao Enrike saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.
Avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlanacaq. Sloveniyadakı ilk dueldə qazanan tərəf “Qarabağ” olub - 2:0.