Əvvəl "Sabah"dan Krunoslav Renduliç, ardından Stefan Kenni...

Əvvəl "Sabah"dan Krunoslav Renduliç, ardından Stefan Kenni...

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” - “Sent Patriks” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və açıq məşqlərin vaxtları açıqlanıb.

Mediasport.az xəbər verir ki, avqustun 14-də meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliçin media nümayəndələri ilə görüşü saat 18:00-a təyin edilib.

Açıq məşq saat 18:30-da olacaq.

“Sent Patriks"in baş məşqçisi Stefan Kenninin mətbuat konfransı saat 18:45-də, məşqin açıq hissəsi isə saat 19:15-da reallaşacaq.

Hər iki mətbuat konfransı “Bank Respublika Arena”da baş tutacaq.

Görüş avqustun 15-i, saat 20:30-da başlanacaq.

Azərbaycan təmsilçisi ötən həftə keçirilən ilk dueldə məğlub olub - 0:1.