"Qarabağ"ın mətbuat xidmətinin yeni rəhbərinin kimliyi dəqiqləşdi

"Qarabağ"ın mətbuat xidmətinin yeni rəhbərinin kimliyi dəqiqləşdi

Bir müddət əvvəl Gündüz Abbaszadə ilə yollarını ayıran "Qarabağ"ın mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Mediasport.az saytına verilən məlumata görə, Ağdam klubunda bu vəzifəni uzun illərdir "Qəbələ"nin mətbuat katibi olan Anar Hacıyev yerinə yetirəcək.

İnformasiyaya əsasən, mətbuat xidmətinin fəaliyyəti PR və Marketinq Departamentinin tərkibində qurulacaq.

Struktur ümumilikdə klubun PR və Marketinq Departamentinin hazırkı rəhbəri Yusif Cəfərovun idarəçiliyinə tabe olacaq.