FİFA hakimlərimiz İsveçrədə beynəlxalq kursda iştirak edəcəklər
Azərbaycanın FİFA referiləri İsveçrənin Nyon şəhərində təşkil olunacaq CORE Beynəlxalq Konsolidasiya Kursunda iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, seminarda ölkəmizi Kamal Umudlu və Fəridə Lütfəliyeva təmsil edəcəklər.
Tədbir sentyabrın 3-dən 6-dək keçiriləcək.